"Koronavirusa yoluxma sürəti səngiməsə, gələn ilin əvvəlində xəstələrin sayı 300 milyonu keçə bilər".
“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus ənənəvi brifinqdə bildirib.
Ötən həftə dünyada yoluxanların sayının 200 milyonu keçdiyini xatırladan təşkilat rəhbəri cəmi 6 ay əvvəl də 100 milyonluq həddin aşıldığını dilə gətirib.