“Tesla” Meksikada zavod tikintisini elan edəcək

“Tesla” Meksikada zavod tikintisini elan edəcək “Tesla” gələn həftə Meksikada elektrikli avtomobil zavodunun tikintisini elan edəcək.
Digər ölkələr
17 Dekabr , 2022 12:39
“Tesla” Meksikada zavod tikintisini elan edəcək

“Tesla” gələn həftə Meksikada elektrikli avtomobil zavodunun tikintisini elan edəcək.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Bildirilib ki, zavod Yaponiyanın Nuevo-Leon ştatının Monterrey şəhərində inşa ediləcək. “Tesla”nın bu ölkədəki zavodu Ostin, Berlin və Şanxaydakı müəssisələrini əhatə edən qlobal istehsalın genişləndirilməsi proqramının bir hissəsi olacaq.

Qeyd edilib ki, zavodun işə düşməsi vaxtı və burada hansı modellərin istehsal ediləcəyi ilə bağlı yaxın günlərdə məlumat veriləcək.

Xatırladaq ki, daha əvvəl “Tesla” şirkətinin rəhbəri İlon Mask 2030-cu ilə qədər hər il 20 milyon elektrikli avtomobil satmağı hədəflədiyini açıqlamışdı. Bu plan həyata keçərilərsə, qlobal avtomobil istehsalının təxminən 20 %-i “Tesla”nın payına düşəcək.

Son xəbərlər

Orphus sistemi