ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinin “TikTok” xidmətinin satışından əhəmiyyətli hissə ABŞ-ın Maliyyə Nazirliyinə verilməlidir.
Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.
"Bu məbləğin çox hissəsi ABŞ-ın Maliyyə Nazirliyinə getməlidir", - Tramp xidmətin mümkün satışı haqqında danışarkən deyib.
ABŞ rəhbərindən Maliyyə Nazirliyinin gəlirinin bundan necə artacağı soruşulub. Tramp suala belə cavab verib: "Çox sadə. Bizim əlimizdə bütün kartlar var. Bizsiz onlar ABŞ-a gələ bilmirlər".