ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Times" meydanında Yeni il şənliyi koronavirus pandemiyası səbəbindən məhdudiyyətlərlə qeyd olunub.
"Report"un xüsusi müxbiri xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, yüz minlərlə insanın axışdığı bayram tədbirlərinə əvvəlki illərdən fərqli olaraq məhdud sayda iştirakçı qatılıb.
"2020-ci ilin qəhrəmanları" adı ilə keçirilən şənliyi əsasən koronavirusla mübarizənin aparıcı qüvvələri sayılan tibb işçiləri olub.
Nyu-York Polis Departamenti "Times" meydanına icazəsi olmayan şəxslərin girişinə qadağa qoyub.
Yerli vaxtla saat 23:59-da Nyu-York şəhər bələdiyyəsinin sədri Bill de Blasionun iştirakı ilə işıqlarla bəzədilmiş kristal topun düyməsi basılıb və gözoxşayan top 60 saniyə ərzində 21 metrlik dirəkdən yerə buraxılıb.
Meydandakı bayram şənliyi yerli televizyalar vasitəsilə canlı yayınlanıb.
Vüsalə Abbasova