Tokioda hər gün 200-dən çox sakin isti və ya gün vurması simptomları ilə xəstəxanalara düşür.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.
İyun ayı ərzində 1 517 sakin bu səbəbdən xəstəxanaya yerləşdirilib. Bu, son 10 ilin ən yüksək göstəricisidir.
Ötən həftə Tokioda iyun ayı üçün rekord temperatur qeydə alınıb. Şəhərdə havanın hərarəti 36,4 dərəcəyə çatıb.