ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Ali Məhkəməsinin üzvü vəzifəsinə Apellyasiya Məhkəməsinin hakimi Emi Koni Barretin namizədliyini irəli sürüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "NBC News" bildirib.
"Bu gün ölkəmizdəki ən parlaq və istedadlı hüquqi zəkalardan birinin namizədliyini irəli sürməkdən şərəf duyuram", - Tramp deyib.
48 yaşlı Barrett seçiləcəyi təqdirdə Ali Məhkəmədə işləyəcək beşinci qadın və hazırkı məhkəmənin ən gənc üzvü olacaq.
Barrett indi Viskonsin, İllinoys və İndianadaki işlərlə məşğul olan ABŞ-ın Yeddinci Dairəsinin Apellyasiya Məhkəməsində hakimdir. Mühafizəkar fikirləri ilə tanınır və xüsusən abortun əleyhinədir.