ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp indiki Prezident Cozef Baydeni ölkə tarixinin “ən korrupsioner” prezidenti adlandırıb.
“Report” xəbər verir ki, D.Tramp bunu özünün “Truth Social” sosial şəbəkəsində yerləşdirib.
“Cozef Bayden ABŞ tarixinin ən korrupsioner prezidentidir və Nümayəndələr Palatasında hər gün təkzibolunmaz sübutlar təqdim olunur”, – Tramp tvitində yazıb.
O, həmçinin qanunvericiləri Baydenə və radikal sol demokratlara qarşı tədbir görməyə çağırıb. Tramp vurğulayıb ki, Senatın bu istiqamətdə fəaliyyətə başlamasının vaxtı çoxdan çatıb.
Qeyd edək ki, bundan əvvəl Donald Tramp Cozef Baydeni ABŞ-ın dövlət sirrini açdığına görə qınayıb. Onun sözlərinə görə, prezidentin Pentaqonda sursat çatışmazlığı ilə bağlı açıqlamaları dəhşətlidir. Tramp, həmçinin, əlavə edib ki, onun hakimiyyəti dövründə bütün silah anbarları ağzına qədər dolu olub.