Tramp bəzi ştatlarda peyvənd olunmanın sürətini pislədi

Tramp bəzi ştatlarda peyvənd olunmanın sürətini pislədi ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bildirib ki, Amerikanın bəzi ştatları koronavirus əleyhinə vaksinləməni olduqca yavaş keçirir.
Digər ölkələr
2 Yanvar , 2021 06:02
Tramp bəzi ştatlarda peyvənd olunmanın sürətini pislədi
Donald Tramp

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bildirib ki, Amerikanın bəzi ştatları koronavirus əleyhinə vaksinləməni olduqca ləng keçirir.

“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

"Bəzi ştatların federal hokümət tərəfindən vaksinlərin müvəffəqiyyətli və çox genişmiqyaslı bölgüsünə baxmayaraq, vaksini alanlar peyvəndi çox ləng edir. Onlar bunu edəcəklər!" - Tramp tvitterdəki səhifəsində yazıb.

ABŞ-da “Pfizer” və “BioNTech” şirkətlərinin preparatı ilə koronavirusdan kütləvi vaksinləmə dekabrın 14-də başlayıb. Daha sonra “Moderna” şirkətinin peyvəndi də istifadəyə bəyənilib.

Birləşmiş Ştatlar dünyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə birinci yerdədir. COVID-19-a yoluxma ilə bağlı aşkarlanmış halların sayı 20 milyonu keçib. Mütəxəssislər ölkədə virusa 20 007 149 yoluxma halını aşkarlayıb. ABŞ-da virusdan ölüm hallarının sayı isə 346,4 mini ötüb.

Son xəbərlər

Orphus sistemi