ABŞ prezidenti Donald Tramp yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırdır.
“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Keyli Makineni jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
O, qeyd edib ki, həkimlər nə vaxt lazım bilsə, Vaşinqton administrasiyasının başçısı peyvənd olunacaq.
"Hazırda prezident peyvənd olunmağa tam açıqdır. Amma o bu yaxınlarda COVID-19 xəstəliyi keçirdi və onda anticisimlər var. Həkimlər komandası bunu etməyə qərar verən kimi o vaksini alacaq", - Makineni deyib.