ABŞ-ın keçmiş prezidenti Donald Tramp impiçment işi üzrə məhəkəmədə hüquqşünaslar komandasına rəhbərlik edəcək iki vəkili seçib.
“Report” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Keçmiş dövlət başçısının ofisindən bu vəkillərin Brüs L.Kastor və Devid Şen olduğu qeyd edilib. D.Şen məhkəməyə hazırlıq dövründə Trampla işləyib. Komandanın bütün üzvləri respublikaçılardır və onlar impiçment prosedurunu Konstitusiyaya zidd hesab edirlər.
Qeyd olunur ki, siyasətçi bu qərarı Butç Bauers və Debora Barbyenin komandasından ayrılmasından sonra qəbul edib. Sonradan Conni Qesser, Coş Hovard və Qreq Harrisin də keçmiş prezidentin komandasından ayrıldığı məlum olub.