Tramp Kibertəhlükəsizlik agentliyinin rəhbərini vəzifəsindən uzaqlaşdırdıABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik üzrə agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxardılması haqqında qərar qəbul edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin Kibertəhlükəsizlik və İnfrastruktur üzrə Agentliyinin başçısı Kris Krebsin vəzifəsindən çıxarılması haqqında qərar qəbul edib.
"Report" xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə bildirib.
"Kris Krebs Kibertəhlükəsizlik və İnfrastruktur üzrə agentliyin başçısı vəzifəsindən çıxarılıb", - Tramp "Twitter"dəki hesabında yazıb.
O, qeyd edib ki, Krebsin prezident seçkiləri haqqında son bəyanatı olduqca qeyri-dəqiq idi.
ABŞ rəhbərinin sözlərinə görə, seçkilərdə müxtəlif pozuntular baş verib.
The recent statement by Chris Krebs on the security of the 2020 Election was highly inaccurate, in that there were massive improprieties and fraud - including dead people voting, Poll Watchers not allowed into polling locations, “glitches” in the voting machines which changed...