Politoloq: Tramp qarşısında Kamala Harris Baydendən daha güclü rəqibdir - RƏY

Politoloq: Tramp qarşısında Kamala Harris Baydendən daha güclü rəqibdir - RƏY ABŞ-da keçirilən Prezident seçkilərində Donald Tramp qarşısında Kamala Harris Cozef Baydendən daha güclü rəqibdir.
Digər ölkələr
25 İyul , 2024 11:16
Politoloq: Tramp qarşısında Kamala Harris Baydendən daha güclü rəqibdir - RƏY

ABŞ-də keçiriləcək prezident seçkilərində Donald Tramp qarşısında Kamala Harris Cozef Baydendən daha güclü rəqibdir.

Bunu "Report"a açıqlamasında "Bakı Politoloqlar Klubu" İctimai Birliyinin sədri Zaur Məmmədov deyib.

O qeyd edib ki, yaşı və fiziki durumu ilə əlaqədar Cozef Baydenin Donald Tramp qarşısında çox zəif rəqib olduğunu bir ay əvvəl başlamış debatlar da göstərib.

"Demokratlar başa düşdülər ki, Bayden bu vəziyyətdə seçki prosesini davam etdirə bilməz. Ona görə də Baydenə təzyiq edərək seçkilərdə Trampa rəqibin Kamala Harris olmasına imkan yaratdılar. Bu gün Donald Tramp bəlli seçicilərə sahibdir. Kamala Harrisi kimlərin dəstəkləyəcəyi isə sual doğurur. Ancaq qadın olması onu əlavə olaraq müəyyən sosial qrupun dəstəkləməsinə yol açacaq", - politoloq bildirib.

Z.Məmmədov indidən seçkilərin nəticələri barədə dəqiq bir şey deməyin mümkün olmadığını da vurğulayıb:

"Üç ay ərzində hər şey dəyişə bilər. Yəqin ki, demokratlar müxtəlif təbliğat vasitələrindən istifadə edəcəklər".

Son xəbərlər

Orphus sistemi