ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiqlənmiş iki günlük müvəqqəti büdcəyə imza ataraq şatdaunun qarşısını alıb.
“Report” xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.
Federal hökumətin maliyyələşdirilmə müddəti yerli vaxtla cümə günü gecə yarısı başa çatırdı, mövcud büdcə qanunu olmasaydı, şatdaun - bir sıra federal orqanların işində müvəqqəti azalma olacaqdı.
Daha uzunmüddətli büdcə qanunu ilə bağlı müzakirələr sabah Konqresdə davam edəcək.