Tramp sui-qəsd cəhdinə məruz qaldığı şəhərdə yenidən mitinq keçirəcək

Tramp sui-qəsd cəhdinə məruz qaldığı şəhərdə yenidən mitinq keçirəcək Respublikaçı Partiyasından prezidentliyə namizəd olan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatının Batler şəhərində daha bir seçki mitinqi keçirəcəyini bəyan edib.
Digər ölkələr
27 İyul , 2024 02:41
Tramp sui-qəsd cəhdinə məruz qaldığı şəhərdə yenidən mitinq keçirəcək

Respublikaçı Partiyasından prezidentliyə namizəd olan ABŞ-nin keçmiş prezidenti Donald Tramp sui-qəsd cəhdinə məruz qaldığı Pensilvaniya ştatının Batler şəhərində daha bir seçki mitinqi keçirəcəyini bəyan edib.

“Report” xəbər verir ki, bu barədə siyasətçi ona məxsus olan “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mən Pensilvaniya ştatının Batler şəhərinə böyük və gözəl bir mitinq üçün qayıdacağam”, – Tramp öz səhifəsində qeyd edib.

Mitinqin tarixi dəqiqləşdirilməyib.

Son xəbərlər

Orphus sistemi