Tramp Vaşinqtonda keçmiş prezidentlərin abidələrinin sökülməsinə qarşıdır

Tramp Vaşinqtonda keçmiş prezidentlərin abidələrinin sökülməsinə qarşıdır D.Tramp hesab edir ki, bu abidələrə hörmətlə yanaşmaq və onları qorumaq lazımdır
Digər ölkələr
2 Sentyabr , 2020 11:57
Tramp Vaşinqtonda keçmiş prezidentlərin abidələrinin sökülməsinə qarşıdır
Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Vaşinqton meriyasının keçmiş dövlət başçılarının şəhərdəki abidələrinin sökülməsi ilə bağlı tövsiyələrinə qarşı çıxıb.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, müvafiq bəyanat Ağ Evin saytında dərc olunub.

Bəyanatda bildirilir ki, Vaşinqton meri belə müraciət etməklə solçuların təhlükəli iğtişaşlara – ABŞ tarixinin və irsinin məhvinə təhrik etmək hərəkətlərini təkrarlayır.

D.Tramp hesab edir ki, bu abidələrə hörmətlə yanaşmaq və onları qorumaq lazımdır. Sənəddə ayrıca qeyd olunur ki, Trampın prezidentliyi dövründə merin belə məsuliyyətsiz tövsiyələri heç nəyə səbəb olmayacaq.

Qeyd edək ki, avqustun 31-də paytaxt meriyasının xüsusi komitəsi hökumətə irqçilik səbəbiylə 1 330 obyektin adının dəyişdirilməsini, götürülməsini və ya konseptualizasiyanını tövsiyə edib. O cümlədən Corc Vaşinqton, Xriftofer Kolumb, Endryu CeksonTomas Ceffersonun abidələrinin potensial olaraq sökülməsi tövsiyə olunub.

Əlavə edək ki, mayda afroamerikalı Corc Floydun həbsi zamanı ölümü ilə nəticələnən polis özbaşınalığına qarşı kütləvi etiraz nümayişlərinin ardından ABŞ-da abidələrə qarşı mübarizə dalğası başlayıb.

Son xəbərlər

Orphus sistemi