Tramp Vaşinqtonu Baydenin inauqurasiyasından əvvəl tərk edəcək

Tramp Vaşinqtonu Baydenin inauqurasiyasından əvvəl tərk edəcək ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.
Digər ölkələr
20 Yanvar , 2021 08:31
Tramp Vaşinqtonu Baydenin inauqurasiyasından əvvəl tərk edəcək
Donald Tramp

ABŞ-ın bu gün səlahiyyətləri başa çatan prezidenti Donald Tramp Vaşinqtonu yeni seçilmiş dövlət başçısı Co Baydenin inauqurasiyası mərasimindən 4 saat əvvəl tərk edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Ağ Evdə bildirilib.

Qeyd edilir ki, Donald Tramp və birinci xanım Melanya Tramp yerli vaxtla səhər saat 8-də Floridaya yola düşəcəklər, halbuki inauqurasiya günortaya nəzərdə tutulub.

Tramp daha əvvəl bildirib ki, mərasimdə iştirak etməyə hazırlaşmır.

Qeyd edək ki, daha əvvəl Co Bayden Birləşmiş Ştatların hazırkı dövlət başçısı Donald Trampın özünün inaqurasiyasında iştirak edəcəyinə ümidini ifadə edib. Bayden əlavə edib ki, Trampın gəlişi "hakimiyyətin sülh yolu ilə ötürülməsini nümayiş etdirəcək".

Son xəbərlər

Orphus sistemi