Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb

Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb.
Digər ölkələr
27 Oktyabr , 2023 02:43
Trüdo İsraili Qəzzanın dinc sakinlərini müdafiə etməyə çağırıb
Castin Trüdo

Kanadanın Baş naziri Castin Trüdo İsraili Qəzzanın dinc əhalisini müdafiə etmək üçün bütün səyləri göstərməyə çağırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu hökumət başçısı jurnalistlərə bildirib.

“Biz qətiyyətlə israr edirik ki, İsrail hətta beynəlxalq hüquqa uyğun olaraq qanuni özünümüdafiə haqqından istifadə edərək HƏMAS-ı təqib edəndə də Qəzzanın mülki əhalisini qorumaq üçün hər cür səy göstərsin”, – Kanada lideri söyləyib.

Trüdo xatırladıb ki, Kanada Qəzzaya humanitar yardımların çatdırılması üçün Fələstin-İsrail münaqişəsi zonasında atəşkəsin tərəfdarıdır.

Son xəbərlər

Orphus sistemi