Kanadanın Baş naziri Castin Trüdo hökumətdə dəyişikliklər edəcək, 8 nazir postunu tərk edəcək.
"Report" bu barədə CTV-yə istinadən xəbər verir.
Bildirilir ki, milli müdafiə naziri Anita Anandı bu vəzifədə fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer əvəz edəcək. Bu halda Anand Xəzinədarlıq Şurasının sədri təyin oluna bilər.
Telekanalın məlumatına görə, nəqliyyat naziri Ömər Alqabra, ictimai işlər və satınalma naziri Helena Jazek, Xəzinədarlıq Şurasının sədri Mona Fortier və ictimai təhlükəsizlik naziri Marko Mendiçino da daxil olmaqla daha 7 nazir hökuməti tərk edəcək.
CBC xəbər verir ki, baş nazirin müavini və maliyyə naziri Kristia Friland öz postlarını qoruyub saxlayacaq.
Baş nazir 2025-ci ilin payızına planlaşdırılan növbəti federal seçkilər üçün komanda yaratmaq naminə kadr dəyişikliyi edir.