Kanadanın baş naziri Castin Tryudo ilə Fələstin prezidenti Mahmud Abbas arasında telefon danışığı baş tutub.
“Report” xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Baş nazir bildirib ki, fələstinlilər və israillilər qorxmadan, insan haqlarına hörmət edərək ləyaqətli yaşamaq hüququna malikdirlər.
Tərəflər bildirib ki, Fələstin və İsrail arasında sülh yalnız beynəlxalq ictimaiyyətin dəstəyi ilə birbaşa danışıqlar yolu ilə əldə edilə bilər.