Tunisin cənub-şərq sahillərində təxminən 180 qeyri-leqal miqrant xilas edilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Banqladeş, Misir və Afrikanın başqa ölkələrinin vətəndaşlarıdır.
Tunisin Qırmızı Aypara Cəmiyyəti bildirib ki, ölkənin Hərbi-Dəniz Qüvvələri Medenin şəhəri sahillərində miqrantların olduğu qayığı aşkarlayıb.
Qeyd edilir ki, qayıqdan 178 nəfər xilas edilib, bundan başqa, iki miqrantın meyiti aşkarlanıb. Onların ölüm səbəbi açıqlanmır.
Hər il minlərlə miqrant kiçik gəmi və ya qayıqlarla yaxşı həyat ümidi ilə Afrikadan Aralıq dənizinə doğru istiqamələnir. Miqrantların bir hissəsi Avropaya çatır, ancaq dənizdə həlak olanlar da minlərlədir.