Tunis sahillərində göyərtəsində miqrantlar olan iki gəminin qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, Tunis mühafizə xidmətinin əməkdaşları ikisi tunisli olmaqla 140 miqrantı xilas edib.
Hadisə ölkənin Sfaks şəhəri sahillərində baş verib. Ölənlərdən 4-ü uşaq, 9-u qadındır. Onlar Afrikanın müxtəlif ölkələrinin vətəndaşlarıdır.