Son bir həftə ərzində Tunisin hüquq-mühafizə orqanlarının əməkdaşları respublikanın müxtəlif bölgələrində keçirilən etiraz aksiyalarında iştirak edən 1 200-dən çox nümayişçini saxlayıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Tunis İnsan Hüquqları Liqasının sədr müavini Bassem Trifi bəyan edib.
Onun sözlərinə görə, saxlanılanların 30 faizi yetkinlik yaşına çatmayan şəxslərdir.
“Həbs olunan insanların əksəriyyəti dinc etiraz aksiyalarında iştirak edənlərdir. Quldurluq və vandalizmlə məşğul olanlardan yalnız bir neçəsi saxlanılıb”.