Tunis prokurorluğunun maliyyə-iqtisadiyyat idarəsi xaricdən maliyyələşməkdə şübhəli bilinən 3 yerli partiyaya qarşı istintaqa başlayıb.
“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli “Mosaique FM” radiostansiyası məlumat verib.
Məlumata görə, iyulun ortalarında başladılmış istintaq ölkənin parlamentində təmsil olunan “Ən-Nəhda” və “Tunisin qəlbi” partiyalarına, həmçinin “Tunis həyatı” assosiasiyasına qarşı aparılır. Prokurorluq bu siyasi qüvvələrin 2019-cu ilin seçki kampaniyasına xaricdən maliyyə cəlb etdiyini güman edir.