Türkiyənin Milli Kəşfiyyat İdarəsi Suriyada növbəti antiterror əməliyyatı keçirib.
“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, nəticədə PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan Yusif Mehmud Rebani zərərsizləşdirilib.
O, PKK-nın “əyalət səlahiyyətlisi” olub.
Terrorçunun əslən İrandan olduğu bildirilib.