Türkiyə kəşfiyyatı İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb

Türkiyə kəşfiyyatı İraqda PKK-nın "rəhbər" şəxslərindən birini öldürüb Türkiyə kəşfiyyatı (MİT) İraqın Süleymaniyə şəhərində PKK-nın rəhbər şəxslərindən olan Gülsün Silgiri öldürüb.
Digər ölkələr
4 Mart , 2024 11:17
 Türkiyə kəşfiyyatı İraqda PKK-nın rəhbər şəxslərindən birini öldürüb

Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın "rəhbər" şəxslərindən olan Gülsün Silgiri öldürüb.

Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.

Öldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir.

Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.

Son xəbərlər

Orphus sistemi