Türkiyə ordusunun bölmələri İraqda bir neçə terrorçunun zrərsizləşdirildiyini açıqlayıb.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Milli Müdafiə Nazirliyinin xəbərində qeyd edilir ki, İraqın şimalındakı Metina bölgəsində keçirilmiş antiterror əməliyyatı zamanı 8 terrorçu məhv edilib. Nazirlik tvitterdəki hesabında antiterror əməliyyatlarının davam etdiriləcəyini açıqlayıb. Məlumata görə, zərərsizləşdirilənlər arasında Türkiyə ordusunun əsgərlərini əldəqayırma partlayıcı qurğu ilə öldürən terrorçular da var.
Qeyd edək ki, ötən gün İraqın şimalında Türkiyənin bir neçə hərbçisi həlak olub. "Pençe" və Yıldırım" əməliyyatlarının keçirildiyi bölgədə əl bombasının partlaması nəticəsində 3 hərbçi həyatını itirib, 2 hərbçi isə xəsarət alıb.