Türkiyə Silahlı Qüvvələri son üç ildə Suriya və İraqın şimalında 1441 terrorçunu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, noyabrın 20-dən etibarən başladılan yeni anti-terror əməliyyatı nəticəsində məhv edilən terrorçuların sayı da bu rəqəmə daxildir.
Xatırladaq ki, Türkiyə ordusu 2019-cu ildə Suriya və İraqın şimalında “Pənçə” adlı anti-terror əməliyyatına başlayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar daha əvvəl söyləmişdi ki, “Pənçə-Kilit” əməliyyatı sona yaxınlaşır.