Dünyanın bir sıra ölkələri ABŞ-a insanların Əfqanıstanın paytaxtı Kabildən çıxarılması ilə bağlı kömək təklif edib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.
"Bəhreyn, Danimarka, AFR, İtaliya, Qazaxıstan, Küveyt, Qətər, Tacikistan, Türkiyə, BƏƏ, Böyük Britaniya, Özbəkistan ya artıq kömək ediblər, ya da ABŞ vətəndaşlarının tranzit yolla köçürülməsində yardım göstərəcəklər", - o brifinqdə deyib.
Bundan başqa, Praysın sözlərinə görə, Ukraynanın da daxil olduğu ölkələr qrupu əfqanların yerləşdirilməsi ilə bağlı “səxavətli təkliflər” edib.
Qeyd edək ki, ABŞ bir neçə gündür, Kabil hava limanı vasitəsilə “Taliban” hərəkatının silahlıları tərəfindən tutulmuş Əfqanıstanda qalmaq istəməyən əfqanların və əcnəbilərin təxliyəsini həyata keçirir.