Türkiyənin Əfqanıstandakı səfirliyi işini davam etdirəcək

Türkiyənin Əfqanıstandakı səfirliyi işini davam etdirəcək Türkiyənin Əfqanıstandakı səfirliyi Kabildəki vəziyyətə baxmayaraq fəaliyyətini davam etdirir.
Digər ölkələr
15 Avqust , 2021 22:36
Türkiyənin Əfqanıstandakı səfirliyi işini davam etdirəcək
Mövlud Çavuşoğlu

Türkiyənin Əfqanıstandakı səfirliyi Kabildəki vəziyyətə baxmayaraq fəaliyyətini davam etdirir.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Anadolu" agentliyinə açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Ankara Türkiyənin Əfqanıstandakı diplomatik nümayəndəlikləri ilə bağlı bütün lazımi tədbirləri görüb, Türkiyənin Kabildəki səfirliyi fəaliyyətini davam etdirir.

Nazir bildirib ki, səfirlik Əfqanıstanı tərk etmək istəyən Türkiyə vətəndaşlarına lazımi köməyi göstərməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi