Türkmənistan Prezidenti Əfqanıstanda vəziyyətin sabitləşməsinin şərtlərini açıqlayıb

Türkmənistan Prezidenti Əfqanıstanda vəziyyətin sabitləşməsinin şərtlərini açıqlayıb Türkmənistan Prezidenti Mixail Qusmana Əfqanıstandakı vəziyyətlə bağlı danışıb. “Report” TASS-a istinadən xəbər verir ki, o, beynəlxalq infrastuktur layihələri çərçivəsində ölkədə vəziyyətin sabitləşəcəyini deyib. "Əfqanıstanda sabitliyin, dayanıqlı iqt
Digər ölkələr
2 Oktyabr , 2021 13:54
Türkmənistan Prezidenti Əfqanıstanda vəziyyətin sabitləşməsinin şərtlərini açıqlayıb
Qurbanqulu Berdiməhəmmədov

"Əfqanıstanda sabitliyin, dayanıqlı iqtisadi inkişafın, həm regional, həm də dünya iqtisadi proseslərinə uğurla inteqrasiyanın ən vacib şərti böyük infrastruktur layihələrinin həyata keçirilməsidir".

"Report" xəbər verir ki, bunu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.

Əfqanıstandakı vəziyyətlə bağlı sualı cavablandıran dövlət başçısı bildirib ki, beynəlxalq infrastuktur layihələri çərçivəsində adıçəkilən ölkədə vəziyyət sabitləşəcək: "Bu cür layihələrin uğurla həyata keçirilməsi qardaş Əfqanıstanın iqtisadi inkişafına güclü təkan verəcək, xarici investorların səmərəli fəaliyyətini stimullaşdıracaq".

Son xəbərlər

Orphus sistemi