Bu gün Türkmənistan parlamentinin yuxarı palatasına (Xalk Maslahatı Milli Qenqeş-red) ilk seçkilər keçiriləcək.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Hələ cümə günü ölkənin Mərkəzi Seçki Komissiyası təşviqat kampaniyasının dayandırıldığını və səsvermənin keçirilməsinə hazırlığını elan edib.
Türkmənistan parlamentinin Xalq Məsləhəti (Şurası-red) 56 üzvdən ibarətdir. Onlardan 48-i beş vilayətdən və Aşqabad şəhərindən gizli səsvermə yolu ilə seçilir, 8 üzv prezident tərəfindən təyin olunur.
Parlamentin 48 mandatı uğrunda mübarizə üçün 112 namizəd qeydiyyata alınıb, onlardan 29-u qadındır.