“Twitter” soslai şəbəkəsi Macarıstan hökumətinin səhifəsini bağlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Macarıstan Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bildirib.
Məlumata görə, “Twitter” Macarıstan hökumətinin “@abouthungary” rəsmi səhifəsini heç bir xəbərdarlıq və ya açıqlama vermədən dayandırıb.
“Twitter”dən rəsmi açıqlama verməsi üçün lazımi tədbirlər görürük”, - hökumətin sözçüsü Zoltan Kovaç bildirib.