Denis Şmıqal: “İstilik mövsümünə 80% hazırıq”

Denis Şmıqal: “İstilik mövsümünə 80% hazırıq” “Ukrayna istilik mövsümünə 80% hazırdır”.
Digər ölkələr
17 Sentyabr , 2022 05:17
Denis Şmıqal: “İstilik mövsümünə 80% hazırıq”

“Ukrayna istilik mövsümünə 80% hazırdır”.

“Report” “İnterfaks-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.

“Ukraynada tezliklə istilik mövsümü başlayacaq. Tarixdəki ən çətin mövsüm. Buna hazırlıq yayda gedirdi və hələ də davam edir. Hazırlıq səviyyəsi artıq 80%-dən çoxdur. Əhəmiyyətli kömür ehtiyatları yığılıb, qazın saxlama anbarlarına vurulması davam edir”, - D.Şmıqal hökumətin iclasında deyib.

Onun sözlərinə görə, hökumət tərəfdaşları ilə əlavə qaz tədarükü ilə bağlı müqavilələr bağlayır, fövqəladə vəziyyətlərə hazırlıq üçün 1,4 milyard qriven ayırıb, təxminən 1,5 min mobil generator, onlarla ehtiyat qazan alınıb.

"İstənilən böhran məsələsini qısa zamanda həll edəcək operativ qərargah yaradılıb. İlk növbədə, Rusiyanın kritik infrastrukturumuza hücumlarının nəticələrinin aradan qaldırılması məsələsidir. Biz bütün ssenarilərə hazırlaşmışıq və hazırlaşırıq. Bu qış ukraynalıların isti, işıqlı və suyu olan şəraitdə yaşamasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - D.Şmıqal fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi