Rəsmi Kiyev “Bayraktar” pilotsuz uçuş aparatlarının sayını artırmaq niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Sergey Şaptala “1+1” telekanalının efirində bildirib.
"Bayraktar” mövzusuna qayıdaq. Dövlət bizim üçün “Bayraktar”ı alır. Bunlar bizim xidmətdə var və bununla dayanmırıq, sayını daha da artıracağıq", - o deyib.
"Və indi müzakirə olunan vəziyyət: biz onlardan düzgün və ya səhv istifadə edirik - bu, baş komandanın qərarı idi. Ekranda gördük ki, əsgərlərimiz atəş açır. Onlar (düşmən ordusu - red.) Minsk razılaşmalarını pozublar”, - Şaptala telekanalın efirində deyib.