Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, iclasda cəbhədəki vəziyyət və Ukrayna Hərbi Hava Qüvvələrinin yeni təyyarələrə keçidi müzakirə edilib.
İclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi şeylərlə təmin olunması ilə bağlı məsələlərə maksimum diqqət yetiriblər.
İclasda müzakirə olunan mövzulardan biri də Ukrayna qoşunlarının perspektivli təyyarə növlərinə keçid proqramının hazırlanması olub.
Ukrayna Prezidenti vurğulayıb ki, hərbi-həkim komissiyalarının təftişi ilə bağlı hesabata Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında baxılması planlaşdırılır.
Həmçinin, mühüm enerji infrastrukturunun mühafizəsi planının icrası və Ukraynanın qarşıdan gələn qışa hazırlığı müzakirə edilib.