Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib - YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib - YENİLƏNİB Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub.
Digər ölkələr
13 İyul , 2021 23:15
Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib - YENİLƏNİB
Denis Monastriskiy

Ukrayna prezidenti Vladimir Zelenskiy daxili işlər naziri postuna namizəd təqdim edib.

Report"un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, posta hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiynin namizədliyi Ali Radaya rəsmən irəli sürülüb.

21:26

Ukraynanın bu gün istefa verən erməni əsilli daxili işlər naziri Arsen Avakovun yerinə Ali Radada (parlament) namizədliyi müzakirə olunacaq namizəd müəyyən olunub.

Report"un Şərqi Avropa bürosunun eksklüziv olaraq Ali Radadan əldə etdiyi məlumata görə, bu hakim “Xalqın Xidmətçisi” (“Suluqa naroda”) partiyasından, hazırda parlamentdə Hüquq mühafizə orqanlarının fəaliyyəti üzrə komitənin sədri Denis Monastriskiydir.

Avakovun istefa ərizəsinə və yeni daxili işlər nazirinin təsdiqi ilə bağlı məsələyə Ali Radanın iyulun 15-də keçiriləcək iclasda baxması gözlənilir.

Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bugün istefa verib. Onun istefa ərizəsi ölkənin Daxili İşlər Nazirliyinin Mətbuat xidməti tərəfindən yayımlanıb.

Son xəbərlər

Orphus sistemi