Ukrayna PUA istehsalını 10 dəfə artırıb

Ukrayna PUA istehsalını 10 dəfə artırıb Ukrayna 2024-cü ildə dron istehsalını əvvəlki illə müqayisədə 10 dəfə artırıb, prioritet səmərəliliyə və yeni texnologiyalara keçib.
Digər ölkələr
18 Oktyabr , 2024 05:44
Ukrayna PUA istehsalını 10 dəfə artırıb

Ukrayna 2024-cü ildə dron istehsalını əvvəlki illə müqayisədə 10 dəfə artırıb, prioritet səmərəliliyə və yeni texnologiyalara keçib.

"Report"un məlumatına görə, bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyi teleqram kanalında xəbər yayıb.

"Ukrayna pilotsuz uçuş aparatları sənayesinin istehsal gücü 2024-cü ildə 2023-cü illə müqayisədə 10 dəfə artıb", - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, istehsal gücü 2023-cü ildəki 300 min ədəd drondan 2024-cü ildə 4 milyona yüksəlib.

Mütəxəssislər həmçinin rəqabətin yaxın illərdə istehsalçıların konsolidasiyasına gətirib çıxaracağını gözləyirlər.

Son xəbərlər

Orphus sistemi