Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə NATO baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə D.Kuleba tviterdə yazıb.
Tərəflər Ukraynanın Alyansa üzvlüyünü müzakirə ediblər.
Ukraynalı nazir qeyd edib ki, NATO-nun qərarlarını yeni reallıqlara uyğunlaşdırmağın vaxtı çatıb.