Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
“Report” xəbər verir ki, bu barədə D.Kuleba tviterdə yazıb.
“Buxarest səfərimə AEBA-nın baş direktoru Rafael Qrossi ilə görüşlə başladım. Zaporojye AES-dəki vəziyyəti, o cümlədən orada işləyən ukraynalı personalın təhlükəsizliyini müzakirə etdik”, - o qeyd edib.
Nazir vurğulayıb ki, nüvə təhlükəsizliyini bərpa etmək üçün Rusiya Zaporojye AES-in ərazisindən çıxmalıdır.