"Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar mümkün qədər tez başlamalıdır".
"Report" xəbər verir ki, bu sözlər Avropa Parlamentinin sədri Roberta Metsolanın İsveçin “Aftonbladet” qəzetində dərc olunan məqaləsində yer alıb.
Onun sözlərinə görə, Avropa Parlamenti gələcəkdə sülhə dair planlar qurmağa başlamaq istəyir. Məqalədə vurğulanıb ki, burada söhbət Ukraynanın Aİ-yə üzvlüyündən gedir.
R.Metsola qeyd edib ki, Ukraynanın yenidən qurulması, idarəetmə və hüquq sistemi ilə bağlı gərgin iş və çətin islahatlar tələb olunacaq.
R.Metsola bildirib ki, Avropa Parlamenti və Aİ-nin müxtəlif proqramları bu işdə kömək edə bilər.