Ukrayna ərazisində 100 minə qədər ukraynalı ölkənin müdafiə sıralarına qoşulub.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
O, həmçinin qeyd edib ki, xaricdə yaşayan 200 min ukraynalı da Vətənə gələrək ordu sıralarına qatılmaq üçün müraciət edib:
"Onlar müvafiq hərbi bacarıqlarına uyğun olaraq aidiyyatı üzrə rayonlara bölünəcəklər", - nazir deyib.