Ukraynaya ötən ildə göstərilmiş qlobal maliyyə yardımının həcmi, təxminən, 32,1 milyard dollar təşkil edib.
“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Bankı məlumat yayıb.
Bildirilib ki, yardım həm qrant, həm də kredit şəklində olub: “Qrantlardan daxil olan vəsait (480,6 milyard qrivna) 2022-ci ildə mühüm gəlir mənbəyinə çevrilib. Məhz qrantlar sayəsində 2022-ci ilin yekunlarına görə, dövlət büdcəsinin ümumi fondunun gəlirləri 37 % artaraq, 1 491,1 milyard qrivnaya çatıb".
Bank ötən il ərzində Ukraynaya ən böyük maliyyə yardımını Amerika Birləşmiş Ştatlarının (12 milyard dollar), Avropa İttifaqının (8 milyard dollar), Beynəlxalq Valyuta Fondunun (2,7 milyard dollar), Kanadanın (1,9 milyard dollar) və Almaniyanın (1,6 milyard dollar) göstərdiyini açıqlayıb.