Ümumdünya Ərzaq Proqramı Ukraynaya ərzaq yardımı üzrə əməliyyata başlayıb

Ümumdünya Ərzaq Proqramı Ukraynaya ərzaq yardımı üzrə əməliyyata başlayıb BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Ukraynadakı müharibə nəticəsində evlərini tərk etmiş insanlara ərzaq yardımı üzrə əməliyyata başlayır.
Digər ölkələr
28 Fevral , 2022 19:36
Ümumdünya Ərzaq Proqramı Ukraynaya ərzaq yardımı üzrə əməliyyata başlayıb

BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) Ukraynada müharibə nəticəsində evlərini tərk etmiş insanlara ərzaq yardımı üzrə əməliyyata başlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın bazar ertəsi dərc olunmuş bəyanatında deyilir.

“Ukrayna hökumətinin rəsmi müraciətindən sonra Ümumdünya Ərzaq Proqramı Ukraynada, eləcə də qonşu ölkələrdə münaqişədən qaçan insanlara ərzaq yardımı göstərilməsi üzrə fövqəladə əməliyyata başlayır”, - məlumatda deyilir.

Son xəbərlər

Orphus sistemi