Müharibə başlayandan bəri Ukraynanın 14 vilayətində, ümumilikdə, 273 mədəniyyət obyekti dağıdılıb.
“Report” xəbər verir ki, bu barədə UNESCO məlumat yayıb.
Bildirilib ki, onlardan 117-si dini obyektlərdir.
Məlumata görə, dağıdılan obyektlərdən 27-si muzey, 98-i tarixi bina, 19-u abidə, 12-si isə kitabxana və arxiv idarələridir.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.