UNESCO Ukraynanın Rusiyanın üzvlükdən çıxarılması barədə müraciətini cavablandırıb

UNESCO Ukraynanın Rusiyanın üzvlükdən çıxarılması barədə müraciətini cavablandırıb Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın BMT-nin üzvü olduğu müddətdə onun üzv dövlət statusundan məhrum edilməsi ehtimalını istisna edir.
Digər ölkələr
1 İyun , 2022 01:57
UNESCO Ukraynanın Rusiyanın üzvlükdən çıxarılması barədə müraciətini cavablandırıb

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO) Rusiyanın BMT-nin üzvü olduğu müddətdə onun üzv dövlət statusundan məhrum edilməsi ehtimalını istisna edir.

“Report” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

“Birləşmiş Millətlər Təşkilatına üzv olan hər bir dövlətin UNESCO-nun Nizamnaməsinə (Maddə 2) uyğun olaraq UNESCO-ya üzv olmaq hüququ var. Yalnız BMT-dən xaric edilmiş UNESCO üzvü olan dövlətlər UNESCO-ya üzvlükdən məhrum edilirlər”, - UNESCO-nun mətbuat xidmətinin nümayəndəsi Ukraynanın müraciətinə münasibət bildirərkən deyib.

Bundan əvvəl ukraynalı deputat Aleksey Qonçarenko Ali Radanın Rusiyanın UNESCO-ya üzv dövlət statusundan məhrum olunması xahişi ilə təşkilata müraciət etdiyini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi