Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərdən ibarət nümayəndə heyəti yanvarın 14-də yeni növ koronavirusun yaranmasının səbəblərini araşdırmaq üçün Çinə gedəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Gigiyena və Sağlamlıq Komitəsi məlumat verib.
Səfər zamanı xarici mütəxəssislərin Çin alimləri ilə birlikdə araşdırma aparacağı söylənilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Çin hakimiyyəti ÜST-nin koronavirusun mənşəyini araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmamışdı.