Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Kiyev sakinlərinə yardım göstərmək məqsədilə şəhərə təcili humanitar dəhlizin açılmasına çağırış edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə bu gün Cenevrədə keçirdiyi brifinqdə bildirib.
“Humanitar işçilərin təhlükəsiz və davamlı çıxışını və ehtiyacı olan insanlara ləvazimatların çatdırılmasını təmin etmək üçün təcili dəhlizin yaradılmasına ehtiyac var”, - o deyib.