Son bir ayda dünyada koronavirusa yoluxma halları 50 faizdən çox artıb.
“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, noyabrın 20-dən dekabrın 17-dək dünyada koronavirusa yoluxma faktları əvvəlki dörd həftə ilə müqayisədə 52 % artıb.
Məlumata görə, 4 həftə ərzində dünyada 854,673 yoluxma halı və 3,005 ölüm qeydə alınıb.
Qeyd olunub ki, ən çox yoluxma Rusiyada baş verib. Siyahıda növbəti yerlərdə Sinqapur, İtaliya, Polşa və Avstraliya gəlir. Ən çox ölüm isə İtaliyada qeydə alınıb.