Vaşinqtonun cənub-şərqində baş verən atışma nəticəsində 13 yaşında yeniyetmə də daxil olmaqla 5 nəfər yaralanıb.
"Report" bu barədə "The Washington Post" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, naməlum şəxs Alabama prospektində bir ərzaq mağazasının qarşısında dayanan bir qrup insana atəş açıb.
Nəticədə 5 nəfər güllə yarası alıb. Onlardan üçü xəstəxanaya aparılıb, qalan ikisinə ilkin tibbi yardım göstərilib.