Venesuelada prokurorluq müxalifətin lideri Xuan Quaydonun həbsinə order verib

Venesuelada prokurorluq müxalifətin lideri Xuan Quaydonun həbsinə order verib Venesuela müxalifətinin mühacir lideri Xuan Quaydonun həbsinə order və İnterpolda qırmızı xətlə axtarışa verilib.
Digər ölkələr
6 Oktyabr , 2023 05:37
Venesuelada prokurorluq müxalifətin lideri Xuan Quaydonun həbsinə order verib

Venesuela Baş Prokurorluğu dövlət vəsaitlərini mənimsəməkdə ittiham olunan mühacir müxalifət lideri Xuan Quaydonun həbsinə order verib.

"Report" “La Republica” qəzetinə istinadən xəbər verir ki, bu barədə baş prokuror Tarek Uilyam Saab bildirib.

"Saxta hökumət fiqurundan qəsdən istifadə Venesuela dövlətinə təxminən 20 milyard dollar ziyan vurub", - Baş prokuror deyib.

Bundan əlavə, Quaydo üçün dövlətə xəyanət, hakimiyyəti ələ keçirmə, dövlət vəsaitlərindən sui-istifadə və çirkli pulların yuyulması ilə bağlı cinayətlərə görə həbs orderi də verilib.

Orderin verilməsi üçün üç prokuror təyin olunub. Onlar həmçinin İnterpola qırmızı bildiriş göndərməlidirlər.

Qeyd edək ki, Xuan Quaydo Venesuela müxalifətinin lideridir. 2019-cu ilin əvvəlində hazırkı dövlət başçısı Nikolas Maduronun qalib gəldiyi 2018-ci il prezident seçkilərinin nəticələrini vətəndaşların qəbul etməkdən imtina etməsi səbəbindən baş verən kütləvi etirazlar fonunda Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və ölkədə növbədənkənar seçkilər keçirəcəyini vəd edib.

Quaydo ABŞ, Kanada, eləcə də bir sıra Avropa və Latın Amerikası ölkələri tərəfindən Venesuelanın prezidenti kimi tanınıb. Rusiya isə Maduronu legitim prezident kimi tanıyıb.

2019-cu ildə Venesuela Ali Məhkəməsi Quaydonun sədr olduğu ölkə parlamentini – Milli Assambleyanı konstitusiyaya zidd qurum elan edib. 2020-ci ilin əvvəlində Maduronun tərəfdarı olan Luis Parra parlamentin spikeri olub. Quyadonun deputatlar arasından olan tərəfdarları (təxminən 100 nəfər) öz növbəsində Venesuelanın “El Nacional” qəzetinin redaksiyasına toplaşaraq müxalifətçini spiker seçiblər.

2022-ci ilin sonunda Milli Assambleyanın deputatları Xuan Quaydonun başçılıq etdiyi “müvəqqəti hökumətin” ləğvi üçün səs veriblər. 2023-cü ilin aprelində müxalifət lideri Maduro hökuməti tərəfindən təqib olunmaq təhlükəsi səbəbindən ABŞ-yə mühacir etdiyi açıqlanıb.

Son xəbərlər

Orphus sistemi